QISA BİOQRAFİK MƏLUMAT
4 avqust 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub.
1997-ci ildə Bakı şəhərində 12 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1997-2001-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalvr, 2001-2003-cü illərdə magistr təhsili alıb.
2006-2008-ci illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəlsəfə doktorluğu, 2016-2020-ci illərdə isə elmlər doktorluğu proqramları üzrə təhsil alıb.
2012-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.
2012-cü ildən BDU-nun dosentidir.
ƏMƏK FƏALİYYƏTİ
2005-2013 - BDU, Kitabşünaslıq və nəşriyyat işi kafedrası, müəllim;
2013-2020 – BDU, Kitabxanaçılıq-informasiya fakültəsi, dekan müavini; Kitabşünaslıq və nəşriyyat işi kafedrası, dosent;
2020-2022 – BDU, Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən
2022-ci ildən - BDU, İnformasiya və sənəd menecmenti fakültəsi, dekan
MÜKAFATLARI
2019 – "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.
ELMİ TƏDQİQAT SAHƏSİ
- Kitabşünaslıq, nəşriyyat işi və redakatə problemlərinin tədqiqi;
- XX əsr Azərbaycan ədəbiyatının tədqiqi
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2021 - Uluslararası Sosyal Bilimler Kongresi, Türkiyə, Ankara, 2021.
2019 - ERASMUS Beynəlxalq Akademik Araşdırmalar Simpozyumu, Türkiyə, İzmir, 2019
2016 - “Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfrans, Azərbaycan, Bakı, 2016.
2010 - “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri” mövzusunda Beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı, 2010.
2010 - Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələlərinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı