Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elm və təhsil sahəsində beynəlmilələşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da kimya fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.
Kitabxanaçılıq-informasiya fakültəsi ötən əsrin 70-80-ci illərindən başlayaraq digər respublikaların nüfuzlu elm-təhsil mərkəzləri ilə əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və inkişaf etdirilir. Kitabxanaçılıq-informasiya fakültəsinin beynəlxalq əməkdaşlıq xəttində Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Moldova və s. ölkələrin ali məktəbləri və elmi qurumları ilə əməkdaşlıq siyasəti durur.
Qrantlar
Beynəlxalq elmi əməkdaşlıq