Tələbə həyatı

İnformasiya və sənəd menecmenti fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə mütəmadi olaraq Bakı Dövlət Universitetinin Quba Tədris-təcrübə və istirahət mərkəzinə, eyni zamanda paytaxt və regionlarda yerləşən muzeylərə, tarixi abidələrin yerləşdiyi məkanlara ekskursiyalar təşkil edilir. Son dövrlər Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün xüsusilə geniş şərait yaradılmışdır. Bu gün Bakı Dövlət Universitetində fəaliyyət göstərən İdman-sağlamlıq mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin fiziki və əqli cəhətdən sağlam inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanmışdır. Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr  keçirilir. Eyni zamanda ölkədə fəaliyyət göstərən kimya profilli elmi-tətqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir. Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaş və tələbələri ölkəmizin və universitetin ictimai həyatında fəal iştirak edirlər. Fakültənin professor-müəllim heyəti gənc nəslin yetişdirilməsində, onların elmi-tədqiqata cəlb edilməsində, eləcə də dövlətçilik, vətənpərvərlik mövzularında sosial tərbiyə yönümlü işlər aparılır.

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət