Tanınmış məzunlar

XƏLƏFOV ABUZƏR ALI OĞLU
(1931-2020) tarix elmləri doktoru, professor, Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri olub

YAQUBOV ZƏLİMXAN YUSİF OĞLU
(1950-2016)Azərbaycanın xalq şairi (2005), ictimai xadim, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005) olub

ƏLİYEV ZÖHRAB HÜSEYN OĞLU
(1933-2019) professor, Əməkdar mədəniyyət işçisi, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri

AĞAYEV İSLAM MƏMMƏD OĞLU
(1932-2014) Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub

ALLAHVERDİYEV BAYRAM VƏLİ OĞLU
(1938-2019) tarix üzrə elmlər doktoru, professor. BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müəllimi, müdiri olub

CƏFƏROV ƏLİAĞA QAFAR OĞLU
(1954) nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMEA “Akademkitab” idarəsinin direktorudur

BABULLAOĞLU SƏLİM
(1972) şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi

AĞAMİRZƏYEV ƏLİŞ ÇOBAN OĞLU
(1973)filologiya üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

QARAŞOV HÜSEYN TAPDIQ OĞLU
(1949) professor, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur

NAMAZOV QARA MUSTAFA OĞLU
(1930-2016) filologiya elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı, BDU-nun Mir Cəlal adına Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur

TAHİROV KƏRİM MƏHƏMMƏD OĞLU
(1951) Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor

QƏHRƏMANOV SƏBUHİ ADİL OĞLU
(1988) filologiya üzrə fəlsəfə doktoru, naşir, AMEA-nın "Elm" nəşriyyatının direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür