İnformasiya və sənəd menecmenti fakültəsi ölkədə faəliyyət göstərən bir sıra qurumlarla, o cümlədən Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Azərbaycan Respublikası Prezidenitinin İşlər İdarəsinin Prezident Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, respublika əhəmiyyətli kitabxanalar, MKS sistemləri, dövlət və özəl nəşriyyatlarla geniş şəkildə əməkdaşlıq edir. Tədris prosesinin innovativ metodlar əsasında qurulması, elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi, eyni zamanda tələbələrin gələcəkdə işlə təmin edilməsi baxımından bu qurumlarla əməkdaşlıq oldquca əhəmiyyətlidir. Fakültə əməkdaşalrı eyni zamanda bu qurumların təşkil etdiyi müxtəlif tədbir və təlimlərdə iştirak edir.