Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura və dissertantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Doktorantura və dissertanturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir, təhsil müddəti əyani 3 il, qiyabi 4 il, dissertantura yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada təhsil müddəti 5 ildir. Kitabxanaçılıq-informasiya fakültəsində hazırda 15 nəfərə yaxın tədqiqatçı fəlsəfə və elmlər doktorluğu proqramları üzrə təhsil alırlar.