Kitabxanaçılıq-informasiya fakültəsində xarici ölkələrdən olan tələbələr doktorantura pilləsi bakalavr dərəcəsi üzrə təhsil alırlar. Hazırda fakültədə 1 nəfər əcnəbi əyani doktorant təhsil alır. Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nohur El Houda Djoumana Azərbaycan Respublikası Prezidentinin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq, 2020-ci ildə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunmuşdur.
Bundan əlavə 3 nəfər Gürcüstan vətəndaşı isə bakalavr pilləsində Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alırlar.