İnformasiya və sənəd menecmenti fakültəsi əlaqələr sahəsində sovet dövründən müəyyən təcrübəyə malikdir. Xüsusilə keçmiş SSRİ məkanına daxil olan və müvafiq ixtisas üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələri ilə müəyyən əlaqələr mövcud olmuşdur. Bu əlaqələr özünü müəllim və tələbə mübadiləsi, tədris proqramlarının birlikdə hazırlanması, aspirantların dissertasiya müdafiələrinin keçmiş ittifaqın müxtəlif şəhərlərində keçirilməsi şəklində biruzə vermişdir. Müstəqillik illərində Başqırdıstan Dövlət Pedaqoji Universiteti, Türkiyə Cümhuriyyəti Kastamonu Universiteti ilə müəllim və tələbə mübadiləsi aparılmışdır.
Hazırda fakültə Türkiyə Cümhuriyyəti Kastamonu Universiteti, Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu, Başqırdıstan Dövlət Pedaqoji Universiteti və s. ali məktəblərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq özünü müəllim və tələbə mübadiləsi, birgə elmi konfrans və seminarların, qarşılıqlı ustad dərslərinin və onlayn mühazirələrin təşkili və s. şəklində biruzə verir.
Fakültənin beynəlxalq əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi üçün strateji plan hazırlanmışdır. Bu məqsədlə -
Müvafiq ixtisas üzrə kadr hazırlığı aparan Türkiyə və MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə tələbələrin bir və ya bir neçə həftəlik qarşılıqlı təcrübə mübadiləsi təşkil olunması;
Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, ABŞ, Ukrayna, Moldova və s. ölkələrin müvafiq elm mərkəzləri, universitetləri ilə təhsilin məzmunu, innovativ metodların öyrənilməsi baxımından əməkdaşlıq edilməsi;
ERASMUS, Mövlanə Mübadilə Proqramı kimi layihələrdə iştirak üçün səylərin gücləndirilməsi;
Fakültədə nəşr olunan jurnalların Redaksiya Şuralarında xarici ölkə mütəxəssislərinin təmsil olunması;
Mütəmadi olaraq xarici mütəxəssislərin onlayn mühazirələrinin təşkil olunması;
Beynəlxalq Elmi Konfranslarda əməkdaşların iştirakının təmin edilməsi;
İkili diplomların verilməsi ilə bağlı (xüsusilə Türkiyə universitetləri ilə birgə) mümkün variantların müzakirə edilməsi və bu istiqamətdə konkret vəzifələrin icrası həyata keçiriləcəkdir.