Elmin və texnologiyanın müxtəlif sahələri günü-gündən inkişaf edir. Humanitar elmlər sahəsində baş verən tərəqqi və yeniliklər isə daha sürətli və çoxşaxəlidir. İnformasiya və sənəd menecmenti fakültəsində təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliyə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində kadr hazırlığı həyata keçirilir.
Fakültənin professor-müəllim heyəti tərəfindən Azərbaycanda informasiya cəmiyyəti quruculuğunda kitabxana informasiya mərkəzlərinin fəaliyyəti, innovativ iş üsulları tədqiq edilir, alınan ən mühüm nəticələr ölkənin iri informasiya mərkəzlərinin sahə üzrə fəaliyyətlərinin yaxşılaşmasına kömək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına tövsiyə şəklində təqdim olunur. Azərbaycan Respublikasında muzey, arxiv işi, abidələrin qorunması, nəşriyyat-poliqrafiya fəaliyyətinin inkişafı mövzusunda elmi-tədqiqat işləri aparılır, bu sahədə qarşıya çıxan mühüm problemlərin elmi-təcrübi baxımdan məqsədyönlü həll variantları əsaslandırılır, zəruri təklif və tövsiyələr verilir.
İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları geniş profildə elmi fəaliyyət göstərir, müxtəlif müsabiqə və layihələrin iştirakçıları və qalibləri olublar. Eyni zamanda əməkdaşların beynəlxalq elmmetrik bazalarda indekslənmiş jurnallarda məqalələri, beynəlxalq səviyyəli elmi konfranslarda məruzələri dərc olunur. Humanitar və ictimai elmlər üzrə 2022-ci ildə BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin qalibi fakültənin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov olmuşdur.
Elmi-tədqiqat işlərinin effektivliyi
|
Nəşr olunmuş elmi işlər |
Patentlər |
||||||
Məqalələr |
Tezislər |
|||||||
Cəmi |
O cümlədən |
Cəmi |
O cümlədən |
|||||
Respublikada |
Xaricdə |
Respublikada |
Xaricdə |
|||||
Cəmi |
Onlardan impakt-faktorlu jurnallarda |
|||||||
2020 |
64 |
53 |
11 |
2 |
69 |
60 |
9 |
- |
2021 |
90 |
51 |
39 |
5 |
53 |
43 |
10 |
- |
2022 |
90 |
45 |
45 |
38 |
62 |
40 |
22 |
- |