Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı
Kitabxanaçılıq-informasiya fakültəsinin və BDU-nun Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya fəaliyyətinin inkişaf meylləri" mövzusunda Respublika Elmi Konfransı keçiriləcək.
Konfransda Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin qurucusu kimi fəaliyyəti, bu sahənin inkişafına verdiyi töhfələr şərh olunacaq, eyni zamanda son illər kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya sahəsində meydana çıxan innovativ istiqamətlər araşdırılacaq, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, müasir dövrdə kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elmi istiqamətlərinin prioritetləri təhlil olunacaqdır.
Tədbir 07 may saat 12:00-da Microsoft Teams platforması üzərindən baş tutacaq.
Online tədbirdə iştirak etmək istəyənlər 06 may tarixinədək [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.