"BDU könüllüləri" təşkilatı

"BDU Könüllüləri” təşkilatı 2019-cu ildən fəaliyyət göstərir. Hazırda təşkilat özündə 1000-ə yaxın könüllü tələbəni birləşdirir. Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsi, tələbə təşkilatları ilə birgə sosial layihələrin,  mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.

Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində könüllü kimi fəaliyyət göstərir. Universitetin ictimai həyatında fəal iştirak edir və gələcək karyeraları ilə bağlı təcrübələr əldə edirlər.

Bugünə qədər “BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 250-dən çox tədbir keçirilib. Hal-hazırda “BDU Könüllüləri” təşkilatının 60 könüllüsü Universitetin müxtəlif struktu bölmələrində minimum 3 ay olmaqla aktiv fəaliyyət göstərirlər.

Universitetin könüllüləri həmçinin ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbir, sosial layihə və humanitar aksiyalarda fəal iştirak etməklə respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verirlər. Bunun bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada 450-dən artıq BDU könüllüsü iştirak edib.

"BDU Könüllüləri" təşkilatı könüllülük sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ölkəmizdə fəaliyyət göstərən digər könüllü təşkilatları ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirir. Eyni zamanda gənclər arasında könüllülüyün təşviqi və təbliği, könüllülük sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlı mövcud beynəlxalq təcrübənin öyrənilməsinə səy göstərir.

BDU-da könüllülk hərəkatının daha da genişləndirilməsi, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Bakı Dövlət Universitetinin Elmi Şurasının 2023-cü il 27 oktyabr tarixli iclasında könüllük proqramı və BDU-da könüllülük fəaliyyəti qaydaları təsdiq edilməklə “BDU könüllüləri” təşkilatına rəsmi status verilib.

 Fakültə Tələbə Könüllüləri heyəti:

 Sədr - Nigar Namazova

 Sədr müavini - Xatirə Hüseynli

 Sədr müavini - Leyla Usubova

 İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs - Leyla Nəcəfli

 Könüllülərlə iş üzrə məsul şəxs - Məryəm Əhmədova

 Sənədlərlə iş üzrə məsul şəxs - Şəbnəm Əhmədli

 Təcrübə könüllüləri üzrə məsul şəxs - Fatimə Əhmədova

 Layihələrlə iş üzrə məsul şəxs - Zəhra Abizadə

 İdarə heyəti üzvləri  - Nazlı Həsənova

                   Zeynəb Əzimzadə

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət