NİGAR NURƏDDİN QIZI İSMAYILOVA

NİGAR NURƏDDİN QIZI İSMAYILOVA

NİGAR NURƏDDİN QIZI İSMAYILOVA

Dosent əvəzi

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
23 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Bakı şəhəri Yasamal rayonu 52 saylı orta məktəbi bitirib.  

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1995-1999-cu illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr, 1999-2001-ci illərdə isə magistratura təhsili alıb.

2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda “İnformatika və riyaziyyat” ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirib.

2002-ci ildə Kitabxanaşünaslıq kafedrasının dissertantı olub.

2016-cı ildə «Kitabxana işinin kom­püterləş­dirilməsinin tarixi və müasir problemləri» mövzusunda dissertasiya işi müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ

2000-2007- BDU, "Kitabxana proseslərinin kompüterləşdirilməsi" Elmi Tədqiqat Laboratoriyası, elmi işçi;

2007-2012 – BDU, Kitabxanaşünaslıq kafedrası, müəllim;

2012-ci ildən BDU, Kitabxanaşünaslıq kafedrası, baş müəllim;

2012-2020 - BDU, Kitabxanaçılıq-informasiya fakültəsi, Həmkarlar Təşkilatının sədri;

2020-ci ildən - BDU-nun Elmi Kitabxanasının direktoru.

MÜKAFATLARI

2019 - “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley meda­lı.

ELMİ TƏDQİQAT SAHƏSİ

Kitabxanaların kompüterləşdirlməsinin tədqiqi.

Respublikada və xaricdə çap olunmuş 100-ə yaxın elmi məqalənin müəllifidir.

BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAK

2021 - “Rəqəmsal Bilik Strukturlarında yeni nəsil həlləri” mövzusunda ANKOSLinkk Beynəlxalq konfransı, Türkiyə, Antalya

2001 - Библиотечное дело - 2001: Российские библиотеки в ми­ро­вом информационном и интеллектуальном пространстве: Шестая между­на­родная научная конференция, Москва

2009 - BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı

2015 -  "Kitabxana-informasiya fəaliyyəti və fən­lər­arası inteqrasiya" möv­zusunda beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı

2018 - Ümummilli lider Heydər Əliyevin anadan ol­masının 95 illiyinə həsr olun­muş "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” möv­zusunda beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət