QISA BİOQRAFİK MƏLUMAT
25 iyul 1981-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə Bakı şəhəri Şəfiqə Əfəndizadə adına 13 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1998-2002-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr, 2002-2004-cü illərdə isə magistratura təhsili alıb..
2006-2011-ci illərdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının dissertantı olub.
2017-ci ildə professor Abuzər Xələfovun elmi rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər)” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 noyabr 2017-ci il tarixli (protokol № 29 - K) qərarı ilə Eldəniz Elman oğlu Məmmədova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
ƏMƏK FƏALİYYƏTİ
2004-2020 – BDU, Elmi Kitabxana, biblioqraf;
2015-2020 - BDU, Kitabxanaşünaslıq kafedrası, 0.5 ştat müəllim;
2020-ci ildən - BDU, Kitabxanaşünaslıq kafedrası, tam ştat müəllim.
ELMİ TƏDQİQAT SAHƏSİ
Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elmlərinə dair məsələlər.
1 monoqrafiya, 34 elmi məqalə və tezis olmaqla, ümumilikdə 40-dan çox elmi əsərin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2016 – “Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda beynəlxalq elmi konfrans, Bakı Dövlət Universiteti (15 noyabr, Bakı şəhəri);
2010 - 17-ci İran Beynəlxalq Mətbuat Festivalı: “İslam Dünyasının Elmi İstinad Mərkəzi”nin seminarları (25-31 oktyabr, Tehran və Şiraz şəhərləri, İran İslam Respublikası).