QISA BİOQRAFİK MƏLUMAT
18 iyun 1977-ci ildə Qərbi Azərbaycanın Kicik Vedi kəndində anadan olub.
1993-cü ildə Bakı şəhərində orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1994-1998-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistr təhsili alıb
2000-2005-ci illərdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının dissertantı olub.
ƏMƏK FƏALİYYƏTİ
2000-2014- BDU, Kitabxanaşünaslıq kafedrası, baş laborant;
2014-cü ildən – BDU, Kitabxanaşünaslıq kafedrası, müəllim.
ELMİ TƏDQİQAT SAHƏSİ
XX əsrdə Azərbaycanda tibb kitabxanalarının tədqiqi.
30-dan çox elmi əsərin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2015- “Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya”, Azərbaycan, Bakı
2009-”BDU-nun 90-illik yubileyinə həsr olunmuş” Beynəlxalq Elmi Konfrans, Azərbaycan, Bakı