RASİM İMAMQULU OĞLU SÜLEYMANOV

RASİM İMAMQULU OĞLU SÜLEYMANOV

RASİM İMAMQULU OĞLU SÜLEYMANOV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

17 sentyabr 1948-ci ildə Tərtər rayonunun Düyərli kəndində anadan olub. Orta təhsilini Şuşa şəhər 2 nömrəli internat məktəbində və Tərtər şəhər 2 nömrəli orta məktəbdə təhsil alıb.

TƏHSILI, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1970-1975-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Kitab­şü­naslıq ixtisası üzrə təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 

1977-1980-ci illər Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb.

1991-ci ildə “Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri məsələləri” (1920-1970-cı illər) mövzusunda dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1994-cü ildə dosent elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

1967-1968 -  Tərtər rayon kənd təsərrüfatı texnikası birliyi, çilingər;

1968-1970 –Bakıda neft maşınqayırma zavodu, çilingər;

1975-1977 –Dövlət Mətbuat Komitəsi, abunə nəşrləri üzrə əmtəəşünas, baş əmtəəşünas;

1980-1994 – BDU, müəllim, baş müəllim, dosent;

1994-1999 –BDU,Tədris işləri üzrə prorektorun müavini, rektorun köməkçisi;

1995-1999 –BDU, Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrası, dosent;

1999-2003 –Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, rektorunun məsləhətçisi;

2003-2013 – Azərbaycan Respublikası Təhsil Nazirinin köməkçisi, Təhsil Nazirliyi Kollegiyasının katibi;

2013-cü ildən – BDU, Redaksiya-nəşriyyat işi kafedrasının dosenti.

MÜKAFATLARI

2008 - “Qabaqcıl Təhsil İşçisi”

2019 – "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.

ELMİ-TƏDQİQAT SAHƏSİ

  1. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin nəşri məsələləri.
  2. Kitabşünaslığın müasir problemlərinin tədqiqi.

Respublikada və xaricdə dərc edilən 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 1 dərsliyin, 14 kitabın, 87 elmi məqalənin müəllifidir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2008 - “Təhsildə təcrübə mübadiləsi”Beynəlxalq konfrans,Ukrayna,Kiyev

2003- Ulu Öndər  Heydər Əliyevin anadan olunması 80-illik yubileyinə həsr olunmuş

Beynəlxalq konfrans,Ukrayna Kiyev, Kiyev Dövlət Universiteti

2001 - TEMPUS-TASİS proqramı üzrə: “Təhsil və inteqrasiya məsələləri” mövzusunda  Beynəlxalq konfrans, İspaniya, Barselona

2001 – Dövlət idarəçiliyi və kadr hazırlığı”, Türkiyə

1999 – “XX əsrin astanasında: reallıqlar və perspektivlər”mövzusunda Beynəlxalq Konfrans, Belarusiya, Minsk, Belarusiya Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət