QISA BİOQRAFİK MƏLUMAT
02 mart 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Yasamal rayon 53 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1990-1995-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsili alıb.
2019-cu ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının fəlsəfə doktorluğu proqramı üzrə dissertantıdır. Dissertasiya mövzusu “Azərbaycan Milli kitabxanasının informasiya resurslarının kataloqlaşdırılması (müasir vəziyyəti və inkişaf perespektivləri)” adlanır.
ƏMƏK FƏALİYYƏTİ
1996-2020 - BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası, baş laborant;
2021-ci ildən – BDU, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrası, müəllim.
ELMİ TƏDQİQAT SAHƏSİ
İnformasiya resurslarının kataloqlaşdırılması.
Respublikada və xaricdə dərc olunan 20-dən çox elmi məqalənin müəllifidir.