QISA BİOQRAFİK MƏLUMAT
07 mart 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 2009-cu ildə Gədəbəy rayonu Şəkərbəy kənd orta məktəbini bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2009-2013-cü illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr, 2014-2016-cı illərdə magistr təhsili alıb.
2017-2021-ci illərdə BDU-da fəlsəfə doktorluğu proqramı üzrə təhsil alıb.
2019-cu ildə “Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi regionunun kitabxana-informasiya infrastrukturu: inkişafı, müasir vəziyyəti və modernləşdirilməsi yolları” mövzusunda dissertasiya işinin BDU-da ilkin müzakirəsi olub və müdafiə olunması üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasına göndərilib.
ƏMƏK FƏALİYYƏTİ
2016-2022 - BDU, Kitabxana reursları və informasiya axtarış sistemləri kafedrası, müəllim;
2022-ci ildən – BDU, İnfromasiya və sənəd menecmenti fakültəsi, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini
ELMİ TƏDQİQAT SAHƏSİ
Azərbaycan Respublikasının regionlarının kitabxana-informasiya infrastrukturu; avtomatlaşdırılmış informasiya-axtarış sistemlərinin proqram təminatı məsələləri; beynəlxalq elektron məlumat bazaları ilə işin təşkilinin elmi-nəzəri və metodiki problemləri.
Respublikada və xaricdə dərc olunan 40-dan çox elmi məqalə və tezisin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2020 - “Modern Science and Technology İnnovations” , İsveç, Stokholm
2020-“Dialogue of cultures in the modern World”, Gürcüstan, Batumi
2018-“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya”, Azərbaycan, Bakı