QISA BİOQRAFİK MƏLUMAT
25 avqust 1980-ci ildə Biləsuvar rayonunda anadan olub. 1997-ci ildə Biləsuvar rayon 4 saylı orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2002-2006-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalvr, 2006-2008-cü illərdə magistr təhsili alıb.
2009-2014-ci illərdə Kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı olub.
2015-ci ildə “Azərbaycanda kitabxanaçılıq təhsili (yaranması, inkişafı və müasir vəziyyəti)” mövzusunda dissertasiya işi müdafiə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 dekabr 2016-ci il tarixli qərarı ilə ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
2019-cu ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır. Dissertasiya mövzusu “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin kitabxana resurslarının təhsilin və elmi tədqiqatların informasiya təminatı sistemində yeri: (yaranması, inkışaf mərhələri və perspektivləri)” adlanır.
ƏMƏK FƏALİYYƏTİ
2005-2008 - BDU, Tələbə Həmkarlar təşkilatı, sədr müavini;
2008-2012 – BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası, müəllim;
2012-ci ildən Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrası, baş müəllim.
MÜKAFATLARI
2019 – "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.
ELMİ TƏDQİQAT SAHƏSİ
Ali təhsil müəssisələrinin kitabxana resurslarının təhsilin və elmi tədqiqatların informasiya təminatı sistemində yeri.
Respublikada və xaricdə dərc olunan 50-dən çox elmi məqalənin, 1 monoqrafiya, 1 dərs vəsaiti, 8 fənn proqramı, 1 metodiki göstərişin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2021 - FEATURES OF MODELING AND SUPPLEMENTING INFORMATION RESOURCES OF HIGHER SCHOOL LIBRARIES IN THE BOLONIAN EDUCATIONAL PROCESS Hassuccesfully participated in the XVII İnternational Scientific Symposium «Karabakh: Way to the Victory» Göteborq, Sweden
2021 - Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş XIII beynəlxalq elmi konfrans, Türkiyə, Qars
2021 - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslıgın aktual problemləri” XII beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı.
2013 - Актуальные проблемы социально-гуманитарного знания: III международной научно-практической, Прага.