SEVDA ABASQULU QIZI XƏLƏFOVA

SEVDA ABASQULU QIZI XƏLƏFOVA

SEVDA ABASQULU QIZI XƏLƏFOVA

Kafedra müdiri, dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

1 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə   Bakı şəhəri 240 saylı orta orta məktəbi bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1981-1986-cı illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində təhsili alıb.

2004-2009-cu illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində fəlsəfə doktorluğu proqramı üzrə dissertantura təhsili alıb.

2009-cu ildə “XX əsrin 1970-1980-cı illərində Azərbaycanda dövlət kütləvi kitabxanalar şəbəkəsinin inkişafı (Azərbaycan Respublikası kütləvi kitabxanalar şəbəkəsinin materialları əsasında)” mövzusunda dissertasiya işi müdafiə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 iyul 2009-cu il tarixli, (Protokol №24-k) qərarı ilə Sevda Xələfovaya ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

2012-ci ildə dosent elmi adını alıb.

2014-2018-ci illərdə Kitabxana resursları və informasiya-axtarış sistemləri kafedrasının elmlər doktorluğu proqramı üzrə doktorantı olub.

ƏMƏK FƏALİYYƏTİ

1987 -  Kitabxanaşünaslıq kafedrası, laborant;

1988-1999 -  Elmi Kitabxana, redaktor;

2000-2002 - Kitabxanaçılıq fakültəsi, baş laborant;

2002 - Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası, müəllim;

2009 - Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası, baş müəllim;

2012-ci ildən - Kitabxana resursları və informasiya-axtarış sistemləri kafedrası, dosent;

2019-cu ildən - Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrası, müdir.

MÜKAFATLARI

2012 - "Qabaqcıl Təhsil İşçisi";

2019 - “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley meda­lı.

ELMİ TƏDQİQAT SAHƏSİ

Universal Elmi Kitabxanaların elektron informasiya resursları.

Respublikada və xaricdə dərc olunan 50-dən çox elmi məqalənin müəllifidir.

BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI  

2021 - “The Great Azerbaijani Poet Nizami Ganjavi and Eastern-Western Literary-Cultural”, Azerbaijan, Baku, Baku State University

2015 - "Kitabxana-informasiya fəaliyyəti və fən­lər­arası inteqrasiya" möv­zusunda beynəlxalq elmi konfrans, Azərbaycan, Bakı, Bakı Dövlət Universiteti

Seçilmiş elmi əsərləri

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət