QISA BİBLİOQRAFİK MƏLUMAT
22 fevral 1959-cu ildə Qax rayonunun Zəyəm kəndində anadan olub.
1976-cı ildə Zəyəm kənd orta məktəbini bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb, Universiteti fərqlənmə diplomu ilə bitirib.
2002-2007-ci illərdə BDU-nun dissertanturasında elmlər namizədliyi (fəlsəfə doktorluğu) proqramı üzrə təhsil alıb.
2009-cu ildə “Azərbaycanda pedaqoji elmlərin biblioqrafik informasiya təminatı: tarixi, müasir vəziyyəti, təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiya işi müdafiə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 aprel 2010-cu il tarixli, protokol №16-k №-li əmri ilə ona pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi verilib.
2019-cu ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1984-1987- M.Ə.Sabir adına Bakı şəhər kitabxanası, kitabxanaçı;
1987-1992- BDU, Biblioqrafiyaşünaslıq kafedrası laborant;
1992-2011- BDU, “Biblioqrafik informasiya axtarış sistemləri” laboratoriyasının müdiri;
2011-2013 – BDU, Biblioqrafiyaşünaslıq kafedrası, müəllim;
2013-2019 – BDU, Biblioqrafiyaşünaslıq kafedrası, baş müəllim;
2019-cu ildən – BDU, Sənəd menecmenti kafedrası, dosent.
MÜKAFATLARI
2019 – “Bakı Dövlət Universitetinin 100 illiyi(1919-2019)” Azərbaycan Republikasının yubiley medalı.
ELMİ TƏDQIQAT SAHƏSİ
Kitabxana-informasiya müəssisələrində biblioqrafik fəaliyyətin təşkili, informasiya konsaltinqi, informasiya logistikası, informasiya yayımı, beynəlxalq biblioqrafik əməkdaşlıq.
Respublikada və xaricdə dərc olunan 50-dən çox elmi məqalənin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SIMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2021 - İnternational conference The great Azerbaijani poet Nizami Ganjavi and eastern, Azərbaycan, Bakı
2021 - The XVI İnternational Scientifik Symposium ”World Science:problems and innovations”dedicated to the 115 th anniversary of Mahammadhuseyn Shahriyar wos held in East Lansinq, Michigan
https://elger-etm.com/konfranslar/beynelxalqkonfranslar/74-journal-the-xvi-international-scientific-symposium.html
2021 - The XV İnternational Scientifik Symposium ”İnterkultural Relations in the modern World” was held in Kars/Turkey-Tehran
2021 - The XIV İnternational Scientifik Symposium “A Person in History” müasir Türkiyənin qurucüsu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illiyi münasibətilə Beynəlxalq Konfrans, Türkiyə, Ankara
2019 – “Kitabxana-informasiya və nəşriyyat fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda BDU-nun 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
2016 - Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfrans, Azərbaycan, Bakı
2015 – “Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfrans, Bakı, Azərbaycan
2009 - Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Bakı, Azərbaycan
2007 - Qloballaşma şəraitində müasir pedaqogika elminin aktual problemləri mövzusunda Beynəlxalq konfrans, Azərbaycan, Bakı