QISA BİOQRAFİK MƏLUMAT
1 iyun 1964-cü ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub.
1981-ci ildə Qoşabulaq kənd orta məktəbini bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1981-1986-cı illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alıb
2008-2013-cü illərdə BDU-da fəlsəfə doktorluğu proqramı üzrə dissertantura təhsili alıb.
2015-ci ildə “Azərbaycan Respublikasının regionlarının kitabxana-biblioqrafik informasiya təmnatı sistemi: müasir vəziyyəti və perspektivləri (2000-2012-ci illər) (Gəncə-Qazax,Quba-Xaçmaz və Lənkəran iqtisadi regionlarının materialları əsasında” mövzusunda dissertasiya işi müdafiə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 iyul 2016-cı il tarixli, N- 18 əmri ilə ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
ƏMƏK FƏALİYYƏTİ
1990 - M.V.Belinski adına Mərkəzi Uşaq Kitabxanası, kitabxnaçı;
1990-2001 - Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, kitabxanaçı;
2007-ci ildən – BDU, Sənəd menecmenti kafedrası, müəllim
ELMİ TƏDQİQAT SAHƏSİ
Azərbaycan Respublikasının regionlarının kitabxana-biblioqrafik informasiya təminatı sistemi.
Xaricdə və respublikada dərc olunan 50-dən çox elmi məqalənin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2021 –“Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 115 illik yubileyinə həsr olunmuş XVI Beynəlxalq Elmi Simpozium (onlayn) ABŞ,Miçiqan.
2021 ---“Müasir dünyada mədəniyyətlərarası münasibətlər” XV Beynəlxalq Elmi Simpozium (onlayn) Türkiyə
2021-- “Tarixdə şəxsiyyət” Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş XIV Beynəlxalq Elmi Simpozium (onlayn) Türkiyə
2016 -“Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya” Beynəlxalq Elmi Konfrans.Bakı
2015 - “Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya” Beynəlxalq Elmi Konfrans.Bakı
2012 - XIII Международной Научно-практической Конференции, Moskva
2006 - “Tağıyev Oxuları” Beynəlxalq Elmi Konfrans. Bakı