QISA BİOQRAFİK MƏLUMAT
05 fevral 1956-cı ildə Beyləqan rayonunda anadan olub. 1973-cü ildə Şahsevən kənd orta məktəbini bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1974-1979-cu illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alıb.
1979-1982-ci illərdə BDU-da aspirantura təhsili alıb.
1987-ci ildə “Təbabət üzrə regional kitabxana-biblioqrafiya resurslarının inkişafı: müasir vəziyyəti və təkmilləşdirilməsi yolları” mövzusunda dissertasiya işi müdafiə edib.
SSRİ Ali Attestasiya Komissiyasının 23 dekabr 1987-ci il tarixli qərarı ilə ona pedaqogika elmləri namizədi dərəcəsi verilib.
1982-ci ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1982-1986 - BDU, Biblioqrafiyaşünaslıq kafedrası, müəllim;
1987-1991 - BDU, Biblioqrafiyaşünaslıq kafedrası, baş müəllim;
1992-ci ildən - BDU, Biblioqrafiyaşünaslıq kafedrası, dosent.
1994-2003 - BDU, Kitabxanaçılıq-informasiya fakültəsi, dekan müavini;
2007-2011 - BDU, Biblioqrafiyaşünaslıq kafedrasının müdir əvəzi,
2012-ci ildən BDU, Sənəd menecmenti kafedrasının müdiri.
MÜKAFATLARI
“Qabaqcıl təhsil işçisi»
2019 - "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı
ELMİ TƏDQİQAT SAHƏSİ
Kitabxana-informasiya ehtiyatlarının yerləşdirilməsi və istifadəsi.
100-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, xaricdə və respublikada dərc olunan elmi məqalənin müəllifidir.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
- - ПОТЕНЦИАЛ БИБЛИОТЕКИ В СОВРЕМЕННОМ МИРЕ: ТРАНСФОРМАЦИИ, ПЕРСПЕКТИВЫ, Самарский Государственный Институт Культуры
2017 – “KİTABXANALAR ÜÇÜN YENİ ÇAĞIRIŞLAR, YENİ İDEYALAR, YENİ TƏLƏBLƏR: KİTAB, MÜTALİƏ, İNNOVASİYALAR” mövzusunda Beynəlxalq Elmi Konfrans, Azərbaycan, Bakı