SİMA PAŞA QIZI İSMAYILOVA

SİMA PAŞA QIZI İSMAYILOVA

SİMA PAŞA QIZI İSMAYILOVA

Dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

23 noyabr 1955-ci ildə Qazax rayonunda anadan olub. 

1972-ci ildə Sumqayıt şəhər 17 saylı orta məktəbi bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1973-1978-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alıb.

1989-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dissertantı olub.

2012-ci ildə "Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində mütəxəssislərin biblioqrafik informasiya təminatı sisteminin vəziyyəti və təkmilləşdirilməsi yolları (1965-2000-ci illər)" mövzusunda dissertasiya işi müdafiə edib.          

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05 fevral 2013-cü il tarixli (protokol № 04-k) əmri ilə ona pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

2016-cı ildə dosent elmi adını alıb.

ƏMƏK FƏAİLİYYƏTİ

1978-1981 -  Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası, kitabxanaçı;

1981-1986 - BDU, Biblioqrafiyaşünaslıq kafedrası, laborant;

1986-1992 – BDU, Biblioqrafiyaşünaslıq kafedrası, baş laborant;

1992-2006 – BDU, Biblioqrafiyaşünaslıq kafedrası, müəllim;

2006-2016 – BDU, Biblioqrafiyaşünaslıq kafedrası, baş müəllim;

2016-ildən – BDU, Sənəd menecmenti kafedrası, dosent.

MÜKAFATLARI

2019 – “Tərəqqi” medalı;

2019 – “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

ELMİ TƏDQİQAT SAHƏSİ

Azərbaycan Respublikasında  sahəvi biblioqrafik resusrlarının qlobal informasiya mühitinə inteqrasiyası problemləri.

100-dən artıq  elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

BEYNƏLXALQ KONFRANS , SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI

2022 - Xalq həyatının böyük nəğməkarı: Molla Pənah Vaqif -305/ Beynəlxalq Simpozium, Türkiyə, Qars 25.https//www.youtube.com/watch?v=ZMO9DmGkqw&t=83s

2021 - Bilimsel araştırmalar konfransı, Türkiyə, Ankara

2018 - Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənnlər  arası inteqrasiya mövzusunda Beynəlxalq Elmi Konfrans, Azərbaycan, Bakı

2015 - Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya mövzusunda Beynəlxalq  Elmi Konfrans, Azərbaycan, Bakı

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət