SOLMAZ AZAY QIZI SADIQOVA

SOLMAZ AZAY QIZI SADIQOVA

SOLMAZ AZAY QIZI SADIQOVA

Dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

05 noyabr 1959-cu ildə Zərdab şəhərində anadan olub.

1976-cı ildə Zərdab şəhər M.Qorki adına 1 nömrəli orta məktəbi bitirib.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ və ELMİ ADLARI

1980-1985-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alıb.

1987-1989-ci illərdə Azərbaycan KP MK yanında Partiya-təsərrüfat fəalları fakültəsinin İdeoloji iş şöbəsini bitirib.

1995-1999-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının doktorantı olub. 2011-ci ildə “Azərbaycan mətbuatının (kitab və dövri nəşrlər) biblioqrafik repertuarı: tarixi, müasir vəziyyəti və perspektivləri (1959-2000-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 oktyabr 2012-ci il (protokol № 28-k) əmri ilə ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

2017-ci ildə dosent elmi adını alıb.                        

2017-2021-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı olub. Elmlər doktorluğu proqramı üzrə “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan kitabxanalarında biblioqrafik fəaliyyətin innovativ formaları və elmi metodları (Azərbaycan Respublikası elmi və sahəvi kitabxanalarının materialları əsasında)” mövzusunda yazdığı dissertasiya işini başa çatdırmışdır.

ƏMƏK FƏALİYYƏTİ

1985-1994 –  F.Köçərli  adına Respublika Uşaq Kitabxanası, Elmi-metodika şöbəsinin müdiri;

1994-2004 – BDU, Biblioqrafiyaşü­naslıq kafedrası, baş laborant;

2004-2008 – BDU, Biblioqrafiyaşü­naslıq kafedrası, müəllim;

2006-2009 – BDU, Kitabxanaçılıq-informasiya fakültəsi, dekan müavini;

2008-2017 – BDU, Biblioqrafiyaşü­naslıq kafedrası, baş müəllim;

2017-ci ildən – BDU, Sənəd menecmenti kafedrası, dosent

MÜKAFATLARI

2019 – “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı.

ELMİ-TƏDQİQAT SAHƏSİ

Azərbaycan milli mətbuatının biblioqrafik repertuarı və informasiya cəmiyyəti şəraitində Azərbaycan kitabxanalarında biblioqrafik fəaliyyətin innovativ formaları və elmi metodları.

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş 3 dildə çap olunmuş biblioqrafik məlumat kitabının həmmüəllifidir. 200-dən çox elmi əsərin, o cümlədən respublikada və xaricdə çap olunan monoqrafiya, tezis və məqalənin müəllifidir.

BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI

2021 – Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “The great Azerbaijani poet Nizami Ganjavi and Eastern-Western literary-cultural heritage” adlı Beynəl­xalq Elmi konfrans

2021 – Karabağ  Uluslararası Sosyal ve Beşeri Bilimlerde Modern Araştırmalar Kongresi (17-19 iyun 2021-ci il)

2021 – Mustafa Kamal Atatürkün anadan olmasının 140 illik yubileyinə həsr olunmuş “Tarixdə şəxsiyyət” ("A Person in History") adlı virtual XIV Beynəlxalq elmi simpoziumda (The XIV International Scientific Symposium)

2021 – “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” IV Beynəlxalq Elmi konfransın tezisləri (7 may 2021, Azərbaycan Dillər Universiteti)

2020 – Актуальные вопросы перехода на новым профессиональный стандарт «Педагог дополнительного образования детей и взрослых» Uşaq və böyüklərin əlavə təhsil pedaqoqu” Yeni peşə standartına keçidin aktual problemləri mövzusunda onlayn vebinarda iştirak etmişdir (Rusiya, Sertifikat, 13 may 2020-ci il). https://русское-слово.рф/methodics/webinars/114295/

2019 – ХXIII Международной научно-практической конференции Москва: «Научно-издательский центр «Актуальность.РФ»

2016 – Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya”  mövzu­sunda           Beynəlxalq  Elmi Konfran­s.Bakı,BDU.

2016 – Mədəni müxtəliflik: Dünya və Azərbaycan / Beynəlxalq  Elmi-praktik  Konfrans.

2015 – “Kitabxana–informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda  Beynəlxalq  Elmi Konfrans.Bakı Dövlət Universiteti.

2014 – Azərbaycanşünaslığın aktual problemləri: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş V Beynəlxalq Elmi Konfrans.Bakı Slavyan Universiteti

2014 – Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfrans. Qafqaz Universiteti

2012 – Основоположник национальной науки библиотековедения, библиографоведения /Повседневная жизнь и общестенное сознание в России XIX–XXI вв.: междун. науч. конф.

2009 – BDU-nun 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans.

 Seçilmiş elmi əsərləri

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət