2022-2023-CÜ TƏDRİS İLİ ÜZRƏ FAKÜLTƏNİN ELMİ ŞURASININ İŞ PLANI

1-ci iclas - sentyabr 2022-ci il

1) Yay məktəbində tədrisin təşkili və nəticələrinin müzakirəsi

2) Yeni tədris ilinə hazırlıq

3) 2022/2023-cü tədris ili üçün fakültə dekanlığı və Elmi Şuranın iş planının müzakirəsi və təsdiqi 

4) Cari məsələlər

 

2-ci iclas - oktyabr 2022-ci il

1) Elmi tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi

2) 2022/2023-cü tədris ili üçün magistr dissertasiyalarının mövzularının təsdiqi 

3) Kafedralarda proqram təminatının yoxlanılması

4) Cari məsələlər

 

3-cü iclas - noyabr 2022-ci il

1) Kafedralarda tədris ədəbiyyatının-dərslik və dərs vəsaitlərinin hazırlanması vəziyyətinin müzakirəsi

2) Əyani və qiyabi şöbələrdə tədrisin təşkili vəziyyəti

3) Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransının keçirilməsi 

4) Cari məsələlər

 

4-cü iclas - dekabr 2022-ci il

1) 2023/2024-cü tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti

2) Magistr dissertasiyalarının hazırlanmasının təftişi

3) Fakültədə elmi-tədqiqat işlərinin yekunlarının müzakirəsi

4) Cari məsələlər

 

5-ci iclas - yanvar 2023-cü il

1) 2022-2023-cü tədris ilinin birinci yarısının yekunlarının müzakirəsi

2) Cari məsələlər

 

6-cı iclas - fevral 2023-cü il

1) 2022/2023-cü tədris ilində qış imtahan sessiyasının yekunu və qarşıda  duran vəzifələr

2) Əyani şöbənin IV kurs tələbələrinin istehsalat təcrübəsinin təşkili

3) Dövlət imtahan komissiyasının tərkibi və təsdiqi

4) Kafedra qərarlarının müzakirəsi və təsdiqi

5) Cari məsələləri

 

7-ci iclas - mart 2023-cü il

1) Fakültənin ictimai həyatını aktivləşdirmək məqsədilə görülmüş tədbirlərin müzakirəsi

2) Magistr dissertasiyalarının hazırlanması vəziyyətinin müzakirəsi

3) Cari məsələlər

 

8-ci iclas - aprel 2023-cü il

1) 2022/2023-cü tədris ilində buraxılış işlərinin hazırlanması və yekun dövlət imtahanlarına hazırlığın vəziyyəti

2) II kurs magistrantların istehsalat təcrübəsinin yekunu

3) Əyani şöbə üzrə magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti

4) Cari məsələlər

 

9-cu iclas - may 2023-cü il

1) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlərin təşkili

2) 2022/2023-cü tədris ilində yay imtahan sessiyasına hazırlığın vəziyyəti

3) Kafedralarda dərs yükünün yerinə yetirilməsi və növbəti dərs ili üçün dərs yükünün müəy­yən­ləş­diril­məsi 

4) Cari məsələlər

 

10-cu iclas - iyun 2023-cü il

1) 2022/2023-cü tədris ilinin yekunları və fakültə dekanlığının illik hesabatı

2) IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekunu

3) Magistr dissertasiyaları müdafiəsi üzrə ixtisaslaşmış şuranın sədrinin hesabatının müzakirəsi 

4) Tədris ilinin yekunlarına dair kafedra müdirlərinin hesabatı

5) Buraxılış işlərinin müdafiəsinə dair DAK sədrinin hesabatı

6) Fakültənin 2023/2024-cü tədris ilinə hazırlıq aktının təsdiqi

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət