ƏLİYEVA-KƏNGƏRLİ AYBƏNİZ İBRAHİM QIZI

ƏLİYEVA-KƏNGƏRLİ AYBƏNİZ İBRAHİM QIZI

ƏLİYEVA-KƏNGƏRLİ AYBƏNİZ İBRAHİM QIZI

(1947) Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru, Yeni Azərbaycan Partiyasının üzvüdür

Aybəniz Əliyeva Kəngərli 1946-cı il iyun ayının 6-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktorudur. Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Azərbaycan MEA üzrə idarə heyətinin sədri, Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıcılar Birliyinin, Beynəlxalq Elmi Araşdırılmalar Jurnalının redaksiya heyətinin üzvüdür. 1968-2002-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində çalışıb. 1992-ci ildə “Azərbaycan nağıllarında qadın obrazı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1996-2014-cü illərdə “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası” nın üzvü olub. 2002-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışıb. 2003-2014-cü illərdə AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərləri” məcmuəsinin baş redaktoru olub. 2003-cü ildən V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının nəşri olan “Milli Elmlər Akademiyaları kitabxanaları: fəaliyyət problemləri, inkişaf meylləri” elmi-nəzəri məcmuənin beynəlxalq redaksiya heyətinin üzvüdür. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-2014-cü illərdə Azərbaycanda “Kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiya” üzrə Problem Şurasının sədri olub. 2009-2013-cü illərdə “Beynəlxalq Elmi Araşdırılmalar Jurnalı”nın redaksiya heyətinin üzvü olub. 2010-cu ildə «Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri» adlı doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında xidmətlərimə görə Azərbaycan MEA-nın Fəxri fərmanı (2006, 2010), D.S.Lixaçev mükafatı uğrunda müsabiqənin nəticələrinə əsasən “Milli Kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” diplom (2011), KİV-in Həmkarlar Birliyinin “Xalqın nüfuzlu ziyalısı” diplomu ilə təltif olunub (2012)

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət