ALLAHVERDİYEV BAYRAM VƏLİ OĞLU

ALLAHVERDİYEV BAYRAM VƏLİ OĞLU

ALLAHVERDİYEV BAYRAM VƏLİ OĞLU

(1938-2019) tarix üzrə elmlər doktoru, professor. BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müəllimi, müdiri olub

BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor Bayram Vəli oğlu Allahverdiyev 23 yanvar 1938-ci ildə Kirovakan rayonu Arçut kəndində anadan olmuşdur. 1962-1964-cü illər Qərbi Azərbaycanın Loru-pəmbək bölgəsinin Arçut kəndində klub müdiri, 1968-ci ildə Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, 1968-1992-ci illərdə BDU-nun "Biblioqrafiyaşünaslıq" kafedrasının dosent və professoru vəzifəsində işləmiş, 1992-ci ildən 2012-ci ilə qədər BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildən nəşr olunan "Kitabşünaslıq və nəşriyyat işi" jurnalının təsisçisi və baş redaktoru olmuşdur. 1968-ci ilin may ayında "Orta əsr Azərbaycan kitabı (XI – XVIII əsrlər)" adlı nazmizədlik dissertasiyasını, 1991-ci ilin iyun ayında Azərbaycan Respublikasının texniki kitab nəşri (1920-1985-ci illər)" adlı dosktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarmış, Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması və tipologiyasını tədqiq və inkişaf etdirmişdir. Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti; Kitabşünaslığın əsasları; Kitabın tipologiyası adlı monoqrafiyaların, XX əsr Azərbaycan kitabşünaslığına nəzəri baxış; Heydər Əliyev və Azərbaycan kitab nəşri mədəniyyəti (Ümummili lider H.Ə.Əliyevin anadan olmasının 85-illiyinə həsr edilir); Kitab və oxucu; Azərbaycan nəşriyaytının kitab və dövri mətbuatın nəşrində yeri; Azərbaycanda kitab nəşri problemləri (1920-1940); Nəşriyyat sistemi və Azərbaycan kitabının seriyalı nəşrləri; Kitab sənəti; Müstəqillik şəraitində kitabçılıq işinin müasir problemləri; Çap kitab sənəti; Azərbaycan kitab mədəniyyəti (1941-1960); Kitabşünaslıq və nəşriyyat işi kafedrası 20 ildə; Kitabların izi ilə; Azərbaycan texniki kitab tipologiyasının yaranması və formalaşması (1920-1940); Azərbaycan kənd təsərrüfatı kitabının tipologiyasının yaranması və inkişafı; Mətnin quruluşu, növ müxtəlifliyi və təhlili; İncəsənət və sənətşünaslıq üzrə kitabın tipologiyası; Azərbaycan kitab tarixi fənninin nəzəri problemləri; Azərbaycanda müəllif, kitab və oxucu münasibəti tarixindən (XI-XVI əsrlər); Heydər Əliyev və kitab nəşri mədəniyyəti; Mətn nəzəriyyəsi adlı elmi əsərlərin müəllifidir

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət