Ağamirzəyev Əliş Çoban oğlu1 5 mart 1973-cü ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1999-cu ildə Bakı Dövlət Universitetini kitabşünas-nəşriyyat redaktoru ixtisası üzrə (bakalavr), 2004-cü ildə isə Bakı Dövlət Universitetinin magistraturasını fərqlənmə diplomu ili bitirib. 2004-2007-ci illərdə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktəetmə kafedrasında müəllim, 2007-2010-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında müəllim, 2010-2012-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında baş müəllim, 2012-2019-cu illərdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasında dosent, 2019-cu ildə Bakı Dövlət Universiteti rektorunun humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri vəzifələrində çalışıb. 2019-cu ildən Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosentidir. 2010-cu ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildən filologiya üzrə elmlər doktoru proqramı üzrə BSU-nun dissertantıdır. Ali məktəblər üçün 1 dərs vəsaitinin, 3 fənn proqramının, 70-dək elmi məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, əsərləri Norveç, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan və Ukraynada çap olunub. "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" və "Kitabşünaslıq və redaktor sənəti" elmi məcmuələrinin redaksiya heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. Bir çox elmi əsərlərin müəllifidir.
AĞAMİRZƏYEV ƏLİŞ ÇOBAN OĞLU
AĞAMİRZƏYEV ƏLİŞ ÇOBAN OĞLU
(1973)filologiya üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru