Qaraşov Hüseyn Tapdıq oğlu 1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqları təhsil müəssisəsində çalışır. Tədris mərkəzində metodist, direktor müavini, direktor, 1999-cu ildən Həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi olan Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru, 2006-cı ildən isə Filialın bazasında yaradılmış Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur. Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim, AHİK-in Məclis üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin üzvüdür. Bir sıra elmi məqalə, monoqrafiya, dərs vəsaiti və dərsliyin müəllifidir. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə, 2009-cu ildə AHİK-in «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı ilə, 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşdur.
QARAŞOV HÜSEYN TAPDIQ OĞLU
QARAŞOV HÜSEYN TAPDIQ OĞLU
(1949) professor, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur