QISA BİOQRAFİK MƏLUMAT
1974-cü il yanvar ayının 23-də Goranboy rayonu Xanqərvənd kəndində anadan olub 1991-ci ildə Goranboy rayonu Xanqərvənd kənd orta məktəbini bitirib
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1994-1998-ci-illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr,
1999-2000-ci illərdə magistr təhsili alıb.
2005-2008-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resurları və informasiya axtarış sistemləri kafedrasında fəlsəfə doktorluğu proqramı üzrə təhsil alıb
“MKS-də soraq biblioqrafiya aparatının quruluşu: Müasir vəziyyəti və yenilənməsi (1980-2000-ci illər)” dissertasiya mövzusunu işləyib. İşi hazırdır.
2009-2010-cu illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının birgə təşkil etdiyi Akademik məsləhətçi (tyutor) təlim kursunu fərqlənmə ilə bitirib
ƏMƏK FƏALİYYƏTİ
2003-2011-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasında baş laborant
2011-ci ilin may ayından bu günə qədər Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsində tyutor (akademik məsləhətçi)
ELMİ TƏDQİQAT SAHƏSİ
Azərbaycan Respublikasında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Soraq-biblioqrafiya Aparatının müasir vəziyyəti, tədqiqat işində kitabxana işi tarixinin aparıcı sahələrindən biri оlan MKS-lərin inkişaf tarixini kitabxanaşünaslıq elminin müasir tələbləri səviyyəsində işıqlandırmaq, Azərbaycanın müstəqilliyi şəraitində MKS-lərin fəaliyyətinin müasir prоblemlərinin öyrənilməsi və оnların həlli yоllarının göstərilməsi.
BEYNƏLXALQ KONFRANS, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2016 - MKS-lərin Soraq-Biblioqrafiya Aparatının təşkili və istifadəsində müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi”/Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfransı