SƏNƏD MENECMENTİ KAFEDRASININ TARİXİ

Sənəd menecmenti kafedrası 1968-ci ildə yaradılıb. Kafedranın yaranması və formalaşmasında kafedra müdirləri dosent Əşrəf Teymur oğlu Xə­ləfov və Əməkdar mə­dəniyyət işçisi, professor Zöhrab Hüseyn oğlu Əliyevin mühüm xidmətləri olmuşdur.

2007-ci ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İslam oğlu İsmayılov rəhbərlik edir. Nadir İsmaylov 150-dən çox elmi əsərin, o cümlədən Azərbaycan Respublikasının kitabxana-biblioqrafiya və informasiya resurslarının inkişafı və yerləşməsinə dair 3 monoqrafiyanın, 10-dan çox tədris və elmi biblioqrafik vəsaitin, sənəd menecmenti və milli biblioqrafiyanın aktual problemlərinə dair 60-dan çox məqalənın (onlardan 25-i indekslənən jurnallarda çap olunmuşdur) müəllifi, “Azərbaycan Kitabxana  Ensiklopediyası”nın yaradıcılarından biridir. O, 2013-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmışdir.

Sənəd menecmenti kafedrası Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Respublika Dövlət Elmi-Tibb Kitabxanası, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və digər qurumlarla işgüzar əlaqələr saxlayır, milli kitabxana-informasiya sisteminin formalaşdırılmasında yaxından iştirak edir.

Kafedranın professor-müəllim heyəti, doktorant və magistrantları tərəfindən yazılan elmi-tədqiqat işlərində irəli sürülən təkliflər bir sıra yeni layihələrdə nəzərə alınır. Kafedranın əməkdaşları beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə, konfrans və seminarlarda təmsil olunur, respublikamızda arxiv işi və kitabxanaçılıq-informasiya fəaliyyəti sahəsi üzrə islahatların həyata keçirilməsi ilə bağlı tədbirlərdə iştirak edirlər.

Son illər ərzində kafedra müdirinin rəhbərliyi ilə iki nəfər dissertant və doktorant fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir.

Kafedrada son illər ərzində 5-dən artıq dərs vəsaiti və məlumat nəşri, 50-dən çox elmi məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 20-dən çox Beynəlxalq, 25-dən çox Respublika əhəmiyyətli simpozium və konfranslarda iştirak etmişlər.

Kafedra müdiri dosent Nadir İsmayılov 2022-ci ilin nəticələrinə görə BDU-da keçirilən “İlin alimi” müsabiqəsində humanitar və ictimai elmlər üzrə tanınmış bazalarda indekslənən jurnallarda dərc edilmiş elmi məqalələrinə və elmi işlərinə edilən istinad sayına görə I yerə layiq görülüb.

Kafedranın elmi istiqaməti Sənəd menecmentinin nəzəriyyəsi və metodikası kimi müəyyənləşdirilib.

Sənəd menecmenti kafedrası biblioqrafik fəaliyyətin və arxiv işinin idarə olunmasının nəzəri və metodik aspektlərinin, sənəd-informasiya ehtiyatlarının yerləşdirilməsi, informasiya konsaltinqi və logistikasının təşkilinin tədqiqi istiqamətində fəaliyyətini davam etdirir.

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət