KİTABXANA-İNFORMASİYA RESURSLARININ İDARƏ EDİLMƏSİ KAFEDRASININ TARİXİ

Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrası 1991-ci ildə yaradılıb.  Kafedranın yaranması və formalaşmasında onun ilk müdiri dosent Tacəddin Fərhad oğlu Quliyevin mühüm xidmətləri olmuşdur. 2007-2019-cu illərdə kafedraya Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayıl oğlu İsmayılov rəhbərlik etmişdir.

2019-cu ildən kafedraya tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Abasqulu qızı Xələfova rəhbərlik edir. Sevda Xələfova 100-ə yaxın elmi məqalənin, o cümlədən 2 monoqrafiyanın, 4 dərs vəsaitinin müəllifidir. O, 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrası Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, BDU-nun Elmi Kitabxanası və digər qurumlarla işgüzar əlaqələr saxlayır, milli kitabxana-informasiya sisteminin formalaşmasında iştirak edir.  

Kafedranın professor-müəllim heyəti, doktorant və magistrantları tərəfindən yazılan elmi-tədqiqat işlərində irəli sürülən təkliflər bir sıra yeni layihələrdə nəzərə alınır, həmçinin kafedra əməkdaşları beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə, konfrans və seminarlarda müntəzəm iştirak edirlər.

Son illər ərzində kafedrada iki doktorant fəlsəfə doktorluğu dissertasiyasını müdafiəyə təqdim etmişdir.

Kafedrada çalışan alimlər son illərdə 2 monoqrafiya, 4 dərs vəsaiti, 30-dan çox fənn proqramı, 100-dən artıq elmi məqalə dərc etdirmişlər. Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq, 20-dən çox Respublika əhəmiyyətli simpozium və konfransda iştirak etmişlər.

Kafedra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil olan “Kitаbxanaşünaslıq və biblioqrafiyaşünaslıq” adlı еlmi jurnаl nəşr etdirir.

Kafedranın elmi istiqaməti Sənəd və informasiya menecmentinin nəzəriyyəsi metodikası kimi müəyyənləşdirilib.

Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrası akademik kitabxanaların sənəd-informasiya ehtiyatlarının yerləşdirilməsi, informasiya-axtarış sisteminin təşkilinin tədqiqi istiqamətində fəaliyyətini davam etdirir.

 

Əlaqə
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Tel.: (+994 12) 539 05 47 Fax.: (+994 12) 539 08 03 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət