Tələbələrimiz Prezident Kitabxanasında

BDU-nun tələbələri Prezident Kitabxanasının
iş təcrübəsi ilə tanış olublar
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin ikinci kurs tələbələri iş təcrübəsi ilə tanış olmaq məqsədilə müasir texnologiyalar əsasında təşkil edilmiş, modern infrastruktura malik Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
Kitabxananın əməkdaşları Prezident Kitabxanasının fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları və eləcə də prioritetləri barədə tələbələrə ətraflı məlumatlar veriblər. Tələbələr kitabxananın elektron kataloqu ilə tanış olublar, eyni zamanda, Prezident Kitabxanasında həyata keçirlilən rəqəmsallaşdırma prosesləri barədə ətraflı informasiyalar onların diqqətinə çatdırılıb.
Görüş zamanı tələbələrin sualları Prezident Kitabxanasının mütəxəssisləri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, təcrübə rəhbəri Rəşad Qardaşov Prezident Kitabxanasının rəhbərliyinə yaradılmış şəraitə, tələbələrə göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürünü bildirib.