Fakültəmiz Beynəlxalq Kitabxana və Texnologiya Festivalında
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaş və tələbələri Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən Beynəlxaq Kitabxana və Texnologiya Festivalında iştirak ediblər. Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir “Rəqəmsal gələcəyin açarı: Süni zəka təməlli ağıllı kitabxanalar” mövzusuna həsr olunub. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, fakültənin dosenti Rəşad Qardaşov festivalın açılış mərasimində çıxış edib ölkəmizin kitabxana-informasiya infrastrukturu haqqında məlumat veriblər. 5 gün davam edən festivalda İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Nəbibə Məmmədzadə, Səbinə Həşimli, Rəhman Məmmədli və Sənan Qarayev “İnformasiya təhlükəsizliyi”, “Smart Kitabxanalar”, “Rəqəmsal arxiv”, “Kitabxanada bulut texnologiyası” mövzularında layihələrini təqdim ediblər.