ƏMƏKDAŞLARIMIZ ELMİ-NƏZƏRİ KONFRANSDA

24 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib.
“Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarının, kitabxanaların rəqəmsal transformasiyasının, elektron resursların uşaq və yeniyetmələrin mütaliə vərdişlərinə təsirinin, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanların müzakirəsinə həsr olunub.
Konfransda BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları məruzələrlə çıxış ediblər.
Məruzələrdə uşaq ədəbiyyatının müasir cəmiyyətdə rolu, mütaliənin uşaqların intellektual və mənəvi inkişafına təsiri, rəqəmsal mühitin oxu vərdişlərində yaratdığı dəyişikliklər, kitabxanaların innovativ fəaliyyət istiqamətləri və süni intellekt texnologiyalarının ədəbiyyat, təhsil və informasiya xidmətlərində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal texnologiyalardan məqsədyönlü istifadənin, uşaqların informasiya savadlılığının artırılmasının, onların yaş xüsusiyyətlərinə uyğun və etibarlı rəqəmsal məzmunla təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.