TƏLƏBƏLƏRiMiZ XALQ YAZIÇISI iLƏ GÖRÜŞDƏ

Prezident Kitabxanasının Oxu zalında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib.
Görüşdə Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri də iştirak ediblər.
İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçılar yazıçıya detektiv janrının incəlikləri, əsərlərinin beynəlxalq uğurunun səbəbləri, süni intellektin ədəbiyyata təsiri və ədəbi yaradıcılığın sirləri ilə bağlı suallar ünvanlayıblar.
Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü Azərbaycan ədəbiyyatının təbliği, gənclərin mütaliəyə marağının artırılması və yazıçı ilə oxucular arasında ədəbi ünsiyyətin möhkəmləndirilməsi baxımından əhəmiyyətli mədəni tədbir kimi yadda qalıb.