ŞANLI ZƏFƏR TARİXİMİZ

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) İnformasiya və sənəd menecmenti fakültəsi tərəfindən İkinci Qarabağ müharibəsi zamanı oktyabr ayında əldə edilən zəfərlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılışında BDU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Boran Əziz çıxış edərək Vətən müharibəsi zamanı oktyabr ayında baş verən mühüm tarixi hadisələr, Azərbaycan Ordusunun qazandığı uğurlar və əldə edilən zəfərlərin ölkəmizin tarixindəki əhəmiyyəti barədə ətraflı məlumat verib.
Daha sonra BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan çıxış edərək Vətən müharibəsinin gedişi, Azərbaycan əsgərlərinin qəhrəmanlığı və xalqımızın qələbə əzmi haqqında danışıb.
BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov çıxışında İkinci Qarabağ müharibəsi zamanı əldə edilən zəfərlərin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının birliyindən və qələbənin milli tariximizdəki yerindən bəhs edib.
BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi çıxış edərək müharibə zamanı oktyabr ayında baş verən hərbi əməliyyatlar, azad edilən ərazilər və qazanılan uğurlar haqqında ətraflı məlumat verib.
BDU-nun Kitabxana resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov isə çıxışında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, xalqımızın həmrəyliyindən və tarixi qələbənin əhəmiyyətindən danışıb.