TƏLƏBƏLƏRİMİZ TƏLİMDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri Nəriman Nərimanovun xatirə muzeyində mədəni irsin qorunması və muzey idarəçiliyinə həsr olunmuş təlimdə iştirak ediblər.
ICOM Azərbaycan Milli Komitəsinin katibi Günay Səfərova muzey idarəçiliyi və strateji inkişaf, muzey ekspozisiyası quruculuğu və sərgi dizaynı, mədəni irsin qorunması və davamlı idarə olunması, azad edilmiş ərazilərdə mədəni irsin bərpası mövzularında təlim iştirakçılarına geniş məlumat verib.
Təlim çərçivəsində tələbələr Nəriman Nərimanovun xatirə muzeyi ilə tanış olublar, onlara muzeyin yaranma tarixi, burada qorunan eksponatların əhəmiyyəti barədə geniş məlumat verilib.