“BAKININ TARİXİ ENSİKLOPEDİK NƏŞRLƏRDƏ”

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Bakı şəhərinin tarixi ensiklopedik nəşrlərdə” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Lamiə Sarıyeva mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə Bakı şəhərininin tarixinə nəzər salıb, “Bakı” adının etimilogiyası barədə məlumat verib.
Məruzədə Bakı şəhərinin tarixinə dair mühüm məlumatların yer aldığı Azərbaycan Milli Ensiklopediyasının 3-cü cildi xüsusi təhlil olunub. Burda şəhərin tarixinə, memarlığna, turizminə dair yer almış məqalələr şərh edilib. Məruzədə həmçinin Sara Aşurbəylinin Bakı şəhərinin tarixinə həsr edilmiş “Bakı şəhərinin tarixi” əsəri də tədqiqata cəlb edilib.
Elmi seminar müzakirələrlə davam etdirilib.