TƏLƏBƏLƏRİMİZ BDU-NUN TARİXİ MUZEYİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan I kurs tələbələri BDU-nun tarixi muzeyini ziyarət ediblər.
Muzeyin müdiri Günel Orucəliyeva tələbələrə Universitetin zəngin tarixi, Azərbaycanın ictimai-siyasi, elm-təhsil həyatında rolu, tanınmış məzunları barədə məlumat verib.
Tələbələr muzeydə BDU-nun tarixini və uğurlarını əks etdirən ekspozisiyalarla, tədris prosesində istifadə olunan avadanlıq və cihazlarla tanış olublar. Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilmiş Universitetin Fəxri doktoru diplomları, Universitetin Fəxri doktoru adına layiq görülmüş digər müxtəlif ictimai-siyasi, elm xadimlərinin fotoşəkilləri, onlara verilən diplom nümunələri tələbələrdə xüsusi maraq doğurub.