TƏLƏBƏLƏRİMİZ MİNİATÜR KİTAB MUZEYİNDƏ
27 Sentyabr 2026 13:08

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Miniatür Kitab Muzeyini ziyarət ediblər.
Muzeyin əməkdaşları tələbələrə muzey haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, muzeydə Azərbaycan, ABŞ, Yaponiya, İngiltərə, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və digər ölkələrdə nəşr olunmuş miniatür kitablarla tanış olmaq mümkündür. Burada dünyanın 62 ölkəsindən gətirilmiş, ölçüsü 2 millimetrdən 10 millimetrədək olan miniatür kitablar saxlanılır.
Miniatür Kitab Muzeyi ilə tanışlıq tələbələrdə xüsusi maraq yaradıb.
Son XƏBƏRLƏR
30.09.2026 | 18:06
VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ İLƏ GÖRÜŞ
29.09.2026 | 13:04
TƏLƏBƏLƏRİMİZ BDU-NUN TARİXİ MUZEYİNDƏ
28.09.2026 | 18:12
27 SENTYABR – ANIM GÜNÜ
15.09.2026 | 18:21
BİRİNCİ KURSLARLA GÖRÜŞ
13.07.2026 | 12:03