DEKAN İCTİMAİ MÜZAKİRƏDƏ İŞTİRAK EDİB

Milli Məclisin Mədəniyyət komitəsində “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib. Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı müzakirədə iştirak edib. Çıxışlarda kitabxana fəaliyyətinin rəqəmsallaşdırılmasının, elektron kataloqların və elektron kitab fondlarının genişləndirilməsinin, kitabxanaların vahid elektron sistem üzərindən inteqrasiyası, həmçinin ölkə üzrə kitabxanaların optimallaşdırılması və sahə üzrə peşəkar kadr hazırığından bəhs olunub. BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin bu sahədə kadr hazırlığındakı rolu yüksək qiymətləndirilib.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət komitəsinin üzvləri, Milli Məclis Aparatı rəhbərinin müavini Şahin Həsənov, Milli Məclis Aparatının əməkdaşları, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.