DƏMİRYOL MUZEYİNƏ EKSKURSİYA
20 Noyabr 2025 16:39

“BDU könüllüləri” təşkilatının İnformasiya və sənəd menecmenti fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə Azərbaycan Dəmiryol Muzeyinə ekskursiya keçirilib.
Ekskursiya zamanı iştirakçılara Azərbaycan Dəmir Yolunun yaranma tarixi, inkişaf mərhələləri və muzeydə nümayiş etdirilən nadir eksponatlar haqqında ətraflı məlumat verilib. Könüllülər dəmir yolunun ölkə iqtisadiyyatında və ictimai həyatında oynadığı mühüm rol barədə maraqlı faktlarla tanış olublar.
Qeyd edək ki, ekskursiyanın əsas məqsədi tələbələrin ölkəmizin nəqliyyat tarixini yaxından tanıması, eləcə də könüllülər arasında mədəni və maarifləndirici mühitin formalaşdırılması olub.
Son XƏBƏRLƏR
30.09.2026 | 18:06
VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ İLƏ GÖRÜŞ
29.09.2026 | 13:04
TƏLƏBƏLƏRİMİZ BDU-NUN TARİXİ MUZEYİNDƏ
28.09.2026 | 18:12
27 SENTYABR – ANIM GÜNÜ
27.09.2026 | 13:08
TƏLƏBƏLƏRİMİZ MİNİATÜR KİTAB MUZEYİNDƏ
15.09.2026 | 18:21