DİSSERTASİYA İŞİNİN İLKİN MÜZAKİRƏSİ KEÇİRİLİB

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Sənəd menecmenti kafedrasının dissertantı Namiyə Xəlilovanın “Elektron biblioqrafik fəaliyyət: nəzəri-metodiki aspektlərinin tədqiqi (Azərbaycan materialları əsasında)” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Dissertasiya işinin mərkəzində pedaqoji proseslərin tərkib hissəsi kimi ənənəvi və elektron biblioqrafik resursların hazırlanması və rəqəmsal biblioqrafik xidmət probleminin öyrənilməsi durur. Dissertasiyada elektron biblioqrafiyanın mühüm xassələri, ənənəvi biblioqrafiya ilə əlaqəsi, informasiya potensialından istifadə metodologiyası, elektron resursların ümumi xarakteristikası və müxtəlif əlamətlər üzrə təsnifləşdirilməsi kimi məsələlər pedaqoji aspektdən öyrənilir. Tədqiqat işinin əhatə dairəsi, tədqiqatçının problemə yanaşma tərzi mövzunun aktuallığını əsaslandırır.
Dissertasiyanın nəticə hissəsində mövzuya yekun vurulur, problemin şərhi ilə bağlı ümumiləşdirmələr aparılır, tədqiqatın elmi, nəzəri və təcrübi yekunu ifadə olunur, bir sıra praktik əhəmiyyətli təkliflər irəli sürülür.