DOSENT PƏRVİZ KAZİMİ MƏRUZƏ EDİB
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi Türkiyə Cümhurbaşkanlığı Millət Kitabxanasının təşkil etdiyi IV. Erişilebilir Kütüphaneler Çalıştayında dəvətli məruzəçi qismində çıxış edib.
Pərviz Kazimi məruzəsində Azərbaycan kitabxanalarında bu istiqamətdə həyata keçirilən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Türkiyə Cümhuriyyəti Bartın Universitetinin Bilgi və bəlgə yönətimi bölümünün başqanı, dosent Ahmet Altayın moderatorluğu ilə keçirilən panel maraqla qarşılanıb, iştirakçılar dosent Pərviz Kazimiyiə suallar ünvanlayıblar.