ƏMƏKDAŞ VƏ TƏLƏBƏLƏRİMİZ ÖZBƏKİSTAN UNİVERSİTETLƏRİNİN SƏRGİSİNDƏ
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin müəllim və tələbələri Özbəkistan universitetlərinin AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil olunmuş sərgisində iştirak ediblər.
Qeyd edək ki, qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgidə iştirak edib.