ƏMƏKDAŞIMIZ PANELDƏ MƏRUZƏ EDİB

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin tyutoru Nəbibə Məmmədzadə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsi tərəfindən təşkil edilən “Kütüphaneciler Okuyor: Dünya Kütüphaneleri Atlası” adlı paneldə məruzə ilə çıxış edib.
“Azərbaycanda kitabxanaçılıq təhsili və müasir paradiqmalar” mövzusunda məruzədə Azərbaycanda kitabxana işinin tarixi, inkişaf mərhələləri, ölkəmizdəki kitabxana mühiti, bu sahədə aparılan kadr hazırlığı barədə panel iştirakçılarına ətraflı məlumat verilib. Bakı Dövlət Universitetinin yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasındakı mühüm rolu diqqətə çatdırılıb.