ƏMƏKDAŞIMIZIN DƏRS VƏSAİTİ NƏŞR OLUNUB
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Sahibə Əliyevanın dərs vəsaiti nəşr olunub. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Kitabxana xidməti və oxucu məmnunluğu” adlı kitabın ixtisas redaktoru dosent Elçin Əhmədov, rəyçiləri dosent Pərviz Kazimi, tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamovadır. BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan dərs vəsaitinə ön söz yazıb.
Dərs vəsaitində kitabxana-informasiya xidmətinin komponentləri, akademik kitabxanalarda xidmətin qiymətləndirilməsi, kitabxanada xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün müasir üsullar, kitabxana-informasiya xidmətində oxucu məmnunluğu problemi, oxucu marağının izlənməsinin prioritetliyi, mütaliə mədəniyyətinin formalaşması, mütaliə mədəniyyətinin inkişafına verilən tələblər və s. məsələlər öz əksini tapır.
Dərs vəsaiti “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.