ƏSRLƏRİN ƏMANƏTİ – NOVRUZ

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) İnformasiya və sənəd menecmenti və Tarix fakütələrinin birgə təşkilatçılığı ilə “Əsrlərin əmanəti – Novruz” adlı tədbir keçirilib.
İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərləri içərisində xüsusi yer tutduğunu vurğulayıb. Bu qədim bayramın əsrlər boyu xalqımızın birlik, həmrəylik və yenilənmə rəmzi kimi yaşadıldığını qeyd edib.
Daha sonra fakültə müəllimləri çıxış edərək Novruz bayramının Azərbaycan xalqının mədəni irsində xüsusi yer tutduğunu vurğulayıb və bu kimi tədbirlərin tələbələr arasında milli dəyərlərin yaşadılması baxımından əhəmiyyətini qeyd ediblər.
Tədbirin bədii hissəsi maraqlı proqramla davam edib. Bu hissədə tələbələrin iştirakı ilə maraqlı oyun təşkil olunub və iştirakçılar oyunda fəal iştirak edərək tədbirə xüsusi ab-hava qatıblar. Həmçinin tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş olunub və iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Sonda tədbir iştirakçıları Novruz bayramının xalqımızın milli birlik və həmrəylik rəmzi olduğunu vurğulayaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.