FAKÜLTƏDƏ VEBİNAR TƏŞKİL EDİLİB

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Məktəb kitabxanalarının fəaliyyətinə həsr olunmuş vebinar keçirilmişdir. Vebinarda tələbələrin “Məktəb və uşaq kitabxanalarında fondların təşkili”, “Soraq axtarış aparatının məqsəd və vəzifəsi”, “Məktəb kitabxanalarında İAS-ların təşkili”, “Məktəb və uşaq kitabxanalarının hüquqi təminatı” mövzusunda məruzələri dinlənilmişdir.
Vebinarda Respublikada bir sıra məktəb və uşaq kitabxanalarının əməkdaşları, orta məktəb direktorları iştirak etmişdir. Vebinar məktəb və uşaq kitabxanalarının fəaliyyətinə dair müzakirələrlə davam etdirilib.